Türkiyə Şərqi Aralıq dənizindən qaz çıxaracaq

Türkiyə Şərqi Aralıq dənizindən qaz çıxaracaq
  02 İyun 2022    Oxunub:1365
Türkiyə Şərqi Aralıq dənizindəki ofşor zonalarda 8 quyu qazıb və birinci quyuda böyük qaz yatağı aşkarlayıb. Bu, 2020-ci ildə aşkarlanan ən böyük qaz yataqlarından biridir. AzVision.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, qaz yatağı işlənmə mərhələsindədir: "2026-ci ildə artıq yataqdan çıxarılan qazdan istifadə ediləcək. Həmin yataqdan 15 milyard kub metr təbii qaz əldə ediləcək. Bu, təkcə Türkiyənin qazdan asılılığını aradan qaldırmayacaq, eyni zamanda region ölkələrinə kömək edəcək".

Aytən Zəhra
AzVision.az



Teqlər: Qaz   Türkiyə  



Xəbər lenti