ABŞ Kiyevdəki diplomatını İrəvana səfir göndərilir

   ABŞ Kiyevdəki diplomatını İrəvana səfir göndərilir
  02 İyun 2022    Oxunub:1727
ABŞ Ermənistana yeni səfir göndərir. Vaşinqtonun Ukraynadakı səfirinin müavini Alan Pursel isə əsas namizəddir. AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın məşhur “Joğovurd” qəzeti məlumat yayıb.
Nəşr öz mənbələrinə istinadən edərək yazıb ki, ABŞ-ın İrəvandakı diplomatik missiyasının hazırkı rəhbəri Lin Treysinin səlahiyyət müddəti iki aydan sonra başa çatacaq.

Müəllif iddia edir ki, hazırda Kiyevdə ABŞ-ı təmsil edən Bridcet Brinkin müavini Purseldən başqa Treysini əvəz edə biləcək namizəd yoxdur.

“Ukraynada “od-alovdan” keçmiş amerikalı diplomat Ermənistandakı diplomatik missiyaya rəhbərlik edəcək”, - qəzet yazıb.

Qeyd edək ki, bu, amerikalı diplomatların Ermənistan və Ukraynada ilk yerdəyişmə hadisəsi deyil. ABŞ-ın Kiyevdəki diplomatik missiyasının əvvəlki rəhbəri Mari Yovanoviç bundan əvvəl Ermənistanda səfir olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Səfir   Ermənistan  



Xəbər lenti