Moldovalı nazir: "Azərbaycan qədər bəxtimiz gətirməyib"

      Moldovalı nazir:    "Azərbaycan qədər bəxtimiz gətirməyib"
  02 İyun 2022    Oxunub:1707
Azərbaycan enerji mənbələrinin diversifikasiyanda əsas tərəfdaşlardandır.
AzVision.az xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, infrastruktur və reqional İnkişaf naziri Andrey Spinu Bakı Enerji Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Moldovada təbii qazın qiyməti 5 dəfə artıb. İnsanlar eyni həcmdə qaza görə 6 ayla müqayisədə 5 dəfə artıq məbləğ ödəyir .

"Diversifikasiya sahəsində işlərimiz yaxşı deyil və etiraf edirik ki, geri qalmışıq. Moldovada inflyasiya səviyyəsi 30 faizdir. İnsanlar yoxsullaşır. Bir neçə ay ərzində vəziyyətin yaxşılacağını düşünmürəm və belə davam edərsə, ilin sonuna qədər inflyasiya 50 faizə qədər artacaq. Neft və qaz qiymətləri artır. Bizim təbii resurlarımız neft və qazımız yoxdur. Azərbaycan qədər bəxtimiz gətirməyib ki, külək və günəş enerjimiz olsun".

Aytən Zəhra
AzVision.az



Teqlər: Moldova  



Xəbər lenti