"Azərbaycana investisiya yatırmağımızın səbəbi buradakı sabitlikdir" - Qordon Birrel

 "Azərbaycana investisiya yatırmağımızın səbəbi buradakı sabitlikdir" -  Qordon Birrel
  02 İyun 2022    Oxunub:872
"Azərbaycanda 30 ildir işləyirik və uzun müddət qalmağımızın, investisiya yatırmağımızın səbəbi sabitlikdir. Ümidvaram ki, bu, bizə etimad yaradır ki, investisiya imkanlarımızı genişləndirək".
AzVision.az xəbər verir ki, bunu BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakı Enerji Forumunda çıxışı zamanı deyib. O bildirib ki, enerjinin səmərəli olması üçün hasilat sektoruna kifayət qədər investisiya yatırılmalıdır:

"Tədarük zəncirində xərclər nəzərə alınmalıdır. Təchizat xərclərinin idarə olunması əhalini səmərəli enerji ilə təmin edir. Növbəti 10 il ərzində neft və qaz sahəsinə investisiya yatırılacaq. Lakin zamanla külək və günəş enerjisinə keçiləcək.

Azərbaycan höküməti ilə yüksək səviyyədə danışıqlar gedir. BP adından 30 il ərzində təxminən Azərbaycana 84 milyard investisiya yatırılıb və ölkəyə 86 milyard gəlir gətirilib. Azərbaycanın bu sahədə inkişafı üçün mühüm töhfələr vermişik".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti