Metrodakı “pul yeyən” ödəniş terminalı: Qurumdan açıqlama

      Metrodakı “pul yeyən” ödəniş terminalı:    Qurumdan açıqlama
  02 İyun 2022    Oxunub:1063
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov səhər saatlarında metronun “İnşaatçılar” stansiyasındakı insidentlə bağlı açıqlama verib. Qurum rəsmisi bildirib ki, “BakıKart” ödəniş terminallarında yaranan nasazlıq araşdırılır:
“Problemlə bağlı dərhal aidiyyəti quruma məlumat verilib. Gün ərzində problemin səbəbi araşdırılacaq və həlli istiqamətində zəruri addımlar atılacaq”.

Qeyd edək ki, “İnşaatçılar” metro stansiyasında sərnişinlərlə metropoliten işçiləri arasında mübahisə yaranıb. Səhər saatlarında metronun “İnşaatçılar” stansiyasında quraşdırılan ödəniş terminallarında yaranan nasazlıq sərnişinlərin narazılığına səbəb olub. Terminal sərnişinlərin pul əsginaslarını qəbul etsə də, ödəniş “BakıKart”ın balansına keçməyib.

Sərnişinlər metropoliten işçilərinə narazılıqlarını bildirərək ödənişin bərpa olunmasını tələb ediblər. Yaranan nasazlıq isə sərnişinlərin sıxlığına səbəb olub. (Oxu.az)

AzVision.az


Teqlər: Metro  



Xəbər lenti