Türkiyə Litvaya "Bayraktar" satacaq

   Türkiyə Litvaya "Bayraktar" satacaq
  02 İyun 2022    Oxunub:1465
Türkiyənin Litvaya “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatları (PUA) satması ilə bağlı razılıq əldə olunub.
Bildirilib ki, iki ölkənin nümayəndələri Ankarada bir araya gəliblər və Litvaya “Bayraktar TB2” zərbə PUA-ları satmağa icazə verən sənədi imzalayıblar. Türkiyə silahlarının əldə edilməsinə dair niyyət protokolunu müdafiə nazirinin müavini Vilüs Semeşko və Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir imzalayıblar.

Litva bu cür PUA-ları və digər avadanlıqları Rusiya işğalına qarşı mübarizə aparan və eyni zamanda pilotsuz sistem əldə etməyi nəzərdə tutan Ukraynaya vermək üçün “Laisves” televiziyasının təşəbbüsü çərçivəsində sakinlərin topladığı pulla alacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti