"İran digər ölkələrin qaza olan təlabatını ödəməyə hazırdır"

   "İran digər ölkələrin qaza olan təlabatını ödəməyə hazırdır"
  02 İyun 2022    Oxunub:1101
"İranda 35 trilyon bərpa olunan təbii qaz, 153 milyard kub metr neft ehtiyatı mövcuddur. İllər boyunca bizim ölkəmiz sanksiyaların təsirinə məruz qalıb. Lakin embarqolar neft və qaz sektorunun inkişafetmə səylərinin qarşısını ala bilmədi".
AzVision.az xəbər verir ki, bunu İranın neft naziri Cavid Ovçi Bakı Enerji Forumunda çıxışı zamanı deyib. O bildirib ki, ölkəsində təbii qazın istehsal həcmi gündəlik 2 milyard kub metrə çatıb. Eyni zamanda ötən il neft kimya hasilatı 92 milyon tonu aşıb. İran növbəti illərdə gündəlik 1,4 qaz hasil etməyi, eyni zamanda neft hasilatını 6 milyon barelə çatdırmaq niyyətindədir:

"30 milyon kub metr qazı Türkiyəyə ixrac edirik və bu həcmi artırmaq niyyətindəyik. 60 milyon kub metr qazı İraqa nəql edirik. Ötən il ərzində Azərbaycan və Türkmənistanla müqavilə bağlanıb və təxminən 1,5 milyard kub metr qaz il ərzində nəql olunacaq. Eyni zamanda digər qonşu ölkələrlə qazı nəql etdirməyə davam edəcəyik".

Dünyada enerji ilə bağlı aclıq möcvud olduğunu deyən nazir bildirib ki, İran enerjiyə olan təlabatın bir hissəsini təmin etməyə hazırdır:

"Bu, Allaha verilən nemət digər insanlar tərəfindən bahlaşdırılıb. Biz İranda sənaye, hasilat sektoruna investisiyaları qəbul edirik. "Qazprom"dan sonra ən iri qaz paylayıcı şəbəkəyə malikik. Biz qaza olan təlabatı ödəməyə hazırıq".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti