"Türkiyədə 26 mindən çox azərbaycanlı təhsil alır" - Nazir

 "Türkiyədə 26 mindən çox azərbaycanlı təhsil alır" -  Nazir
  02 İyun 2022    Oxunub:1432
"Azərbaycan-Türkiyə Universitetinin yaradılması istiqamətində intensiv şəkildə işləyirik. Bu da ölkələrimiz arasında təhsil sahəsinin ən sıx pilləsi olacaq”.
AzVision.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayev ADA-da keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində deyib. Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır:

"Bu il ərzində Türkiyədə dövlət hesabına təhsil alacaq tələbələri görməkdən məmnun olacağıq. Prezident İlham Əliyevin imzaladığı sərəncamla xaricdə təhsillə bağlı dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələrin Türkiyə universitetlərində təhsil alması dəstəklənəcək”.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti