"Azərbaycanın haqlı davasında hər zaman yanındayıq" - Mustafa Şentop
"Azərbaycanın haqlı davasında hər zaman yanındayıq. Bizim arzumuz Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə eşidilməsidir. Eyni zamanda Qarabağ məsələsininin müzakirə edilməsində bu konfrans faydalı olacaq. 20 fərqli ölkədən 100-dən professor burada iştirak edir. Buradakı müzakirələrin nəticəsi olaraq kitab çap olunacaq. Həmçinin universitetlərimizin rektorları da burada iştirak edir. Onların qatılması ilə iki ölkə arasında təhsil sahəsində ortaq layihələr həyata keçiriləcək", - deyə M. Şentop vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycanda 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi öz işinə başlayıb. Tədbir 2-4 iyun tarixində Bakıda keçiriləcək. Tədbirdə xüsusi qonaq olaraq Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova iştirak edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


