"Yeni raketlər Ukraynanı risk altına atır" - The New York Times

   "Yeni raketlər Ukraynanı risk altına atır" -    The New York Times
  02 İyun 2022    Oxunub:1680
Ukraynaya raket sistemlərinin tədarükü özündə gizli risklər daşıyır. Bunlardan biri Rusiya qoşunlarının Ukrayna ərazilərini kütləvi şəkildə atəşə tutması ola bilər. AzVision.az xəbər verir ki, bu barədə "The New York Times" yazıb.
ABŞ Kiyevə uzun məsafədə atış edən raketlər verəcək
"Birləşmiş Ştatlar Rusiya ərazisinə heç bir zərbənin olmayacağını bəyan etdi (Bu fikri dünən Volodimir Zelenski də təkrarlayıb-red.). Amma Ukraynada elə ərazilər var ki, Moskvanın özününkü sayır. Məsələn Krım, Donbas. Ukrayna hücuma başlasa, bu ərazilərin dərinliklərinə yeni silahlarla zərbə endirsə nə olacaq? Bax bu aydın deyil... Nəzəri olaraq bu, eskalasiyaya səbəb ola bilər", - məqalədə yazılıb.

Həmçinin müəllif yazır ki, ABŞ uzaqmənzilli raketlərin tədarük olunmayacağına dair vədinə əməl etsə, o zaman silahlanmada olan hazırkı sistemlərin atış gücü Krıma qədər çatmayacaq. Onların uçuş məsafəsi 70-80 kilometrdir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   ABŞ   Raket  



Xəbər lenti