Erməni ombudsman orta məktəbdə Azərbaycanın təbliğatına haqq qazandırdı

   Erməni ombudsman orta məktəbdə    Azərbaycanın təbliğatına haqq qazandırdı
  02 İyun 2022    Oxunub:1550
Ermənistanda orta məktəblərdən birində Azərbaycan bayrağı ilə təbliğat xarakterli açıq dərs təşkil olunması yerli medianın diqqətini çəkib. Bu gün Ermənistanın İnsan Hüquqları üzrə Müvəkkili Kristine Qriqoryandan açıqlama alan jurnalistlər uşaqlara Azərbaycanın təbliğatının aparılmasının nə dərəcədə doğru olduğunu soruşublar.
Ombudsman isə cavabında qeyd edib ki, “Qonşu ölkələrlə bağlı biliklərimizin artırılmasında, təhsil məzmununda, o cümlədən onların bayrağının milli xüsusiyyətləri, tarixi və mətbəxi ilə bağlı məlumatların öyrənilməsində səhv bir şey görmürəm”.

- Burada qəbahətli bir iş yoxdur. Əksinə, təsəvvür edirəm ki, uşağın tərbiyəsi, inkişafı, şüurlu olması baxımından yaxşıdır, o yaşadığı mühiti təsəvvür edəcək. Mətbəxin öyrənilməsi kimi məsələlərin tədris proqramlarına salınmasına gəlincə, mən hesab edirəm ki, bu məsələ, sual üçün ünvan Təhsil Nazirliyi olmalıdır, - Ombudsman deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Məktəb   Bayraq  



Xəbər lenti