Fransa diplomatları XİN-ə etirz etdlər
Yeni fərmana əsasən, diplomat olmaq istəyənlər birbaşa Xarici İşlər Nazirliyində işləməyəcək və altı il ərzində müxtəlif “sahə missiyaları”nı yerinə yetirməli olacaqlar. İslahatlar həm də Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin xüsusi statusunun ləğvinə gətirib çıxaracaq.
“Le Monde” qəzetində dərc olunan məqalədə 500 diplomat “karyeranın məhvi, təcrübə itkisi və peşə böhranı” risklərindən şikayətlənib. O vaxtdan etibarən diplomatik sektorda çalışan bir çox digər rəsmilər, o cümlədən bəzi hazırkı səfirlər də tətilə qoşulub, bəziləri isə sosial şəbəkələrdə bununla bağlı tənqidi paylaşımlar ediblər. Bu, Xarici İşlər Nazirliyinin tarixində ikinci tətildir.
AzVision.az
Teqlər: Fransa







Vaxtında, Aydın, Lazımlı!


