"Şar üfüləyən bu polislər ölkəmizin rəmzidir" - Samsonyan

   "Şar üfüləyən bu polislər ölkəmizin rəmzidir" -    Samsonyan
  02 İyun 2022    Oxunub:1599
Ermənistanın “Vətəndaş şüuru” ictimai təşkilatının sədri Narek Samsonyan sosial şəbəkələrdə polislə bağlı gülməli və diqqət çəkən paylaşım edib. AzVision.az xəbər verir ki, yerli mediaya danışan ictimai fəal öz Facebook səhifəsində yerləşdirdiyi şəkilin mənasını belə izah edib:
İrəvanda əsgər valideynləri ilə polis toqquşdu - VİDEO
“Bu şəkil ölkəmizin real vəziyyətini simvollaşdırır. Prokurorluq şarı şişirdir, yalançı ifadə verən polislər şarı üfüləyir, iqtidaryönlü deputatlar da şişirdirlər. Elə minlərlə ailənin cəlladı olan(Nikol Paşinyanı nəzərdə tutur-red.) 3 ildir bu şarı böyütməklə məşğuldur.

Bütün bu şişirdilmiş şarlar bir-birinin ardınca partlayacaq. Ancaq onlar iynəyə dəyəndə məhv olacaqlar. İynəni götürmək və şara yaxınlaşmaq lazımdır... İnsanlar bu iynənin özü olmaqla açıq-aşkar addımlar atıblar. Qalır növbəti addımların reallaşmasına".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis  



Xəbər lenti