İrəvanda "mitinq işi"nə görə 10 polis məsuliyyətə cəlb edilib

   İrəvanda "mitinq işi"nə görə    10 polis    məsuliyyətə cəlb edilib
  02 İyun 2022    Oxunub:894
Ermənistanda bir neçə polisə qarşı cinayət işi açılıb. AzVision.az xəbər verir ki, bu barədə “Şərəfim var” fraksiyasının deputatı, parlamentin İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər komissiyasının rəhbəri Taqui Tovmasyan məlumat verib.
Mitinqlərdə güc tətbiq edən erməni polislərə qarşı aksiya keçirilib - VİDEO
Onun sözlərinə görə, Buna səbəb İrəvanda keçirilən etiraz aksiyaları zamanı həmin şəxslərin arzuolunmaz əməllər törətməsidir. 10 polis əməkdaşının adının artıq bu işə salındığı qeyd edilir.

Yerli media yazır ki, Ermənistan Polisindən hesabat tələb edən deputata məlumat verilib ki, aprelin 18-dən indiyədək polis əməkdaşlarının vətəndaş itaətsizliyi aksiyaları zamanı əməlləri ilə bağlı 47 xidməti araşdırma aparılıb.

Xatırladaq ki, Ermənistan müxalifəti artıq bir aydır ki, İrəvanda Ermənistanın baş naziri Nikola Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Hökumətin əleyhdarları hesab edirlər ki, ölkə rəhbərliyinin siyasəti Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxarır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Mitinq   Polis  



Xəbər lenti