ABŞ Polşada 110-dan çox hərbi obyekt tikəcək
Qeyd edilir ki, cümə axşamı ABŞ batalyonunun döyüş qrupunun yerləşdiyi Polşanın Povidz şəhərində silah anbarının tikintisinə başlanılıb.
- Bugünkü təməlqoyma mərasimi bu yay ərzində baş tutacaq səkkiz belə planlaşdırılan tədbirdən yalnız biridir. Növbəti 10 il ərzində 110-dan çox oxşar obyektin tikintisi planlaşdırılır, - Bjezinski deyib.
Səfir fikirlərinə onu da əlavə edib ki, bu fəaliyyətlər döyüş hazırlığını əhəmiyyətli dərəcədə artırmaq üçün nəzərdə tutulub. Həmin obyektlər təhsil, yeməkxana, kazarma və başqa məqsədlər üçün inşa ediləcək.
Qeyd edək ki, Polşada 12 min Amerika əsgəri yerləşdirilib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


