ABŞ Polşada 110-dan çox hərbi obyekt tikəcək

   ABŞ Polşada    110-dan çox    hərbi obyekt tikəcək
  02 İyun 2022    Oxunub:1097
Yaxın on ildə ABŞ Polşada müxtəlif təyinatlı yüzdən çox hərbi obyekt tikməyi planlaşdırır. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Saytlar Amerikanın Varşavadakı səfiri Marek Bjezinskiyə istinad ediblər.

Qeyd edilir ki, cümə axşamı ABŞ batalyonunun döyüş qrupunun yerləşdiyi Polşanın Povidz şəhərində silah anbarının tikintisinə başlanılıb.

- Bugünkü təməlqoyma mərasimi bu yay ərzində baş tutacaq səkkiz belə planlaşdırılan tədbirdən yalnız biridir. Növbəti 10 il ərzində 110-dan çox oxşar obyektin tikintisi planlaşdırılır, - Bjezinski deyib.

Səfir fikirlərinə onu da əlavə edib ki, bu fəaliyyətlər döyüş hazırlığını əhəmiyyətli dərəcədə artırmaq üçün nəzərdə tutulub. Həmin obyektlər təhsil, yeməkxana, kazarma və başqa məqsədlər üçün inşa ediləcək.

Qeyd edək ki, Polşada 12 min Amerika əsgəri yerləşdirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Polşa  



Xəbər lenti