Yəməndəki münaqişə tərəfləri atəşkəsi iki ay uzadıb

 Yəməndəki münaqişə tərəfləri atəşkəsi iki ay uzadıb
  02 İyun 2022    Oxunub:786
Yəməndəki münaqişə tərəfləri atəşkəsin daha iki ay uzadılması barədə razılığa gəliblər.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirib. “Bildirmək istərdim ki, Yəmən münaqişəsinin tərəfləri BMT-nin atəşkəsin uzadılması təklifi ilə razılaşıblar. Qərar 2 iyun 2022-ci il tarixində, saat 19:00-da mövcud atəşkəs başa çatdıqdan sonra qüvvəyə minir”, - deyə məlumatda deyilir.

Qrundberq qeyd edib ki, atəşkəs ilkin razılaşma ilə eyni şərtlərlə uzadılır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Yəmən  



Xəbər lenti