Danimarka və Niderlanda qaz qadağası Almaniyaya təsir etməyib

Danimarka və Niderlanda qaz qadağası Almaniyaya təsir etməyib
  02 İyun 2022    Oxunub:1415
“Qazprom”un rublla ödəniş edilmədiyinə görə bir sıra avropalı alıcılara qaz tədarükünü dayandırmaq qərarı Almaniyanın enerji təchizatı vəziyyətinə təsir etməyib.
AzVision.az xəbər verir ki, bu barədə Almaniya Federal Şəbəkə Agentliyinin dərc olunmuş gündəlik hesabatında deyilir. Agentlik əlavə edir ki, Almaniyada enerji təhlükəsizliyi təmin edilir. Qaz anbarları 2015, 2017, 2018 və 2021-ci illərin iyun ayları ilə müqayisədə 48,8% doludur.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Qaz  



Xəbər lenti