Kim Çen In II Yelizavetanı təbrik etdi

   Kim Çen In II Yelizavetanı təbrik etdi
  02 İyun 2022    Oxunub:1118
Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In ənənəyə uyğun olaraq iyun ayında qeyd etdiyi rəsmi ad günü münasibətilə Böyük Britaniya və Şimali İrlan­diya Birləşmiş Krallığının Kraliçası II Yelizavetaya təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, bu barədə KXDR-ın Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumatda deyilir. Nazirlik Kim Çen Indan sitat gətirib: "Əlahəzrətin rəsmi doğum günü münasibətilə sizə və xalqınıza təbriklər göndərirəm".

Ehtimal olunur ki, Britaniya monarxının iki ad gününü qeyd etmək ənənəsi noyabrda anadan olmuş və 1748-ci ildə onun ad gününün yayda, hava şəraitinin yaxşılaşdığı vaxtlarda kütləvi şəkildə qeyd olunmasına qərar vermiş II Qeorqa (1683-1760) gedib çıxır.

Ənənə qorunub saxlanılıb və 21 aprel 1926-cı ildə anadan olan II Yelizaveta 2 iyun 1953-cü ildə tacqoyma mərasimi zamanı rəsmi ad gününü qeyd etmək üçün iyun ayını seçib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Koreya  



Xəbər lenti