İsveçrənin Oerlikon şirkəti Rusiyadakı biznesini satır

İsveçrənin Oerlikon şirkəti Rusiyadakı biznesini satır
  02 İyun 2022    Oxunub:1194
İsveçrənin sənaye örtükləri texnologiyası şirkəti olan Oerlikon Rusiyadakı biznesini satmaq üçün müqavilə bağlayıb.
Oerlikonun Rusiyanı tərk etməsinə səbəb Rusiya Federasiyasının Ukraynada keçirdiyi hərbi əməliyyat olub. Şirkət martın 4-də Rusiya ilə bütün beynəlxalq transsərhəd biznes fəaliyyətini dayandırıb və son addım olaraq indi də ölkə daxilində öz işini bitirib.

"Oerlikon Rusiyadakı bütün əməliyyatlarını satmaq üçün yerli idarəetmə komandası ilə müqavilə bağlayıb", - şirkətdən bildiriblər.

AzVision.az


Teqlər: Rusiya  



Xəbər lenti