İsveçrə qəzeti Azərbaycanın Müstəqillik günündən yazdı
O qeyd edib ki, tədbir çərçivəsində keçirilmiş konsert proqramında xanəndə Mənsum İbrahimovun rəhbərliyi ilə "Qarabağ" muğam kollektivi, eləcə də skripkaçı Ceyla Seyidova çıxış edib. "Konsert proqramı nümayiş etdirdi ki, mədəniyyət insanları birləşdirir", - F.İsgəndərov yazıb.
Məqalədə qeyd olunur ki, Azərbaycan və İsveçrə iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlıq edir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il yanvarın 21-də qurulub. Bakı və Bern arasında qeyri-neft sektorunda qarşılıqlı səmərəli əməkdaşlıq təşkil olunub. 2022-ci ildə Bakıda İsveçrə və Azərbaycan arasında Ticari-iqtisadai münasibətlər komitəsinin iclası keçiriləcək. 2021-ci ildə iki ölkə arasında ticarətin həcmi 457,2 milyon dollar, ixrac 272,5 milyon dollar, idxal 184,7 milyon dollar təşkil edib.
AzVision.az
Teqlər: İsveç







Vaxtında, Aydın, Lazımlı!


