Bakıda IV kurs tələbəsi vəfat etdi

   Bakıda IV kurs tələbəsi vəfat etdi
  02 İyun 2022    Oxunub:1110
Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin IV kurs tələbəsi Vəliyeva Mərziyyə Nazim qızı uzun sürən ağır xəstəlikdən vəfat edib.
BSU-dan AzVision.az -a verilən məlumata görə, Mərziyyə Vəliyeva universitetdə oxuduğu müddət ərzində özünü intizamlı, hazırlıqlı, ünsiyyətcil, məsuliyyətli və bacarıqlı tələbə kimi göstərə bilib, yoldaşlarının hörmət və rəğbətini qazanıb.

BSU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələri bu acı xəbərdən məyus olduğunu bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!
AzVision.az


Teqlər:



Xəbər lenti