Ukraynanın 30 milyon hektardan çox ərazisi minalanıb

  Ukraynanın    30 milyon hektardan çox ərazisi minalanıb
  03 İyun 2022    Oxunub:1081
Ukraynanın 30 milyon hektardan çox ərazisinin minalardan təmizlənməsinə ehtiyac var. AzVision.az -ın məlumatına görə, bunu Ukraynanın daxili işlər naziri Denis Monastırski bildirib. O, bildirib ki, hazırda Kiyev, Sumı, Çerniqov və Xarkov vilayətlərində minalardan təmizləmə işləri aparılır.
2,7 milyon hektardan çox ərazinin operativ şəkildə minalardan təmizlənməsi aparılıb: “Müqayisə üçün qeyd edək ki, 30 milyon hektardan çox ərazini təmizləməliyik. Biz xarici pirotexnik qrupları və onların texnikasını cəlb edirik. Onlar bizə Ukrayna ərazilərini minalardan təmizləməkdə kömək edirlər. Artıq vətəndaşların partlayıcı qurğuların qurbanı olması ilə bağlı faciəli hallar baş verir. May ayı ərzində 15 belə hal qeydə alınıb”.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Mina  



Xəbər lenti