Macarıstan Aİ-də səsvermə hüququndan məhrum edilə bilər

   Macarıstan Aİ-də səsvermə hüququndan məhrum edilə bilər
  03 İyun 2022    Oxunub:1248
Avropa Parlamentinin sədr müavini Katarina Barli Macarıstanı Avropa İttifaqında səsvermə hüququndan məhrum etməyə çağırıb.
Onun sözlərinə görə, Macarıstan şantaj üçün Avropa İttifaqının yekdillik prinsipindən istifadə edir. Katarina Barli xatırladıb ki, Rusiyaya qarşı altıncı sanksiyalar paketi Macarıstana görə bir neçə həftə gec qəbul edilib.

Avropa Parlamentinin sədr müavini bildirib ki, qanunun aliliyini pozduğuna görə ölkənin səsvermə hüququ dayandırıla bilər. “Xüsusən də Macarıstanda artıq demokratik və hüquqi münasibətlərdən danışmaq olmaz”.

AzVision.az



Teqlər:  



Xəbər lenti