Rusiyanın keçmiş deputatı Ukrayna vətəndaşı oldu - YENİLƏNİB

  Rusiyanın keçmiş deputatı Ukrayna vətəndaşı oldu -  YENİLƏNİB
  03 İyun 2022    Oxunub:1803
Rusiya Dövlət Dumasının keçmiş deputatı, jurnalist Aleksandr Nevzorov və həyat yoldaşı Lidiya Nevzorovaya Ukrayna vətəndaşlığı verilib. AzVision.az -ın xəbərinə görə, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqramda yazıb. Onun sözlərinə görə, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq fərman imzalayıb.
***
Rusiyalı jurnalist Aleksandr Nevzorov həyat yoldaşı Lidiya Nevzorova ilə birgə Ukrayna vətəndaşlığı almaq üçün müraciət edib. Onlar müraciəti aprelin 28-də İtaliyada olarkən Ukrayna konsulluğu vasitəsilə göndəriblər. Ukraynanın “Vətəndaşlıq məsələləri ilə bağlı ərizələrin verilməsi qaydası haqqında” qanununun 107-ci maddəsinə əsasən, Kiyev Nevzorovların İnterpol və digər beynəlxalq təşkilatlar vasitəsilə axtarışda olub-olmadığını yoxlamalıdır.

Qeyd edək ki, A.Nevzorov 1993-cü ildən 2007-ci ilədək Dövlət Dumasının deputatı olub. Rusiya Federasiyasının İstintaq Komitəsi Nevzorova qarşı Rusiya Silahlı Qüvvələrinin fəaliyyəti barədə qəsdən yalan məlumat yaydığına görə cinayət işi açıb. İstintaqın məlumatına görə, jurnalist martın 9-da “Instagram”da və martın 19-da “YouTube”da Rusiya Silahlı Qüvvələri Mariupol şəhərindəki doğum evini atəşə tutması barədə qəsdən yalan məlumat yayıb.

AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti