Bakıda bu yollar iyunun 6-dan bağlanacaq

 Bakıda bu yollar iyunun 6-dan bağlanacaq
  03 İyun 2022    Oxunub:1716
İyunun 6-da gecə saat 01:00-dan etibarən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) AzVision.az -a verilən məlumata görə, hərəkət iyunun 14-də səhər saatlarından etibarən bərpa olunacaq.

BŞH-ın Mətbuat Xidmətinin rəhbəri Turab Teymurov bildirib ki, nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq: "Birinci zona yarış halqasının əhatə etdiyi İşərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün "Yaşayış Yerinə Giriş İcazəsi" veriləcək. Bu zonalarda yaşayan və əmək fəaliyyəti ilə məşğul olan sürücülər icazəni tam ödənişsiz şəkildə BŞH-ya müraciət etməklə əldə edə biləcəklər".

AzVision.az



Teqlər: Formula-1  





Xəbər lenti