İtkin düşən 15 yaşlı qız tapıldı- FOTO

 İtkin düşən 15 yaşlı qız  tapıldı-    FOTO
  03 İyun 2022    Oxunub:1544
Bakıda itkin düşən 15 yaşlı qız tapılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
***
11:40
Bakıda 15 yaşlı qız itkin düşüb.

Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edib ki, paytaxt sakini S.İsayev Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək qızının itkin düşdüyü barədə məlumat verib.

"Şəkildə gördüyünüz 15 yaşlı Xanım Bayramovanın yeri barədə məlumatı olan şəxslərdən Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə 012-440-02-02, 055-805-93-93 telefon nömrələri, həmçinin DİN-in "102" Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.



AzVision.az



Teqlər: DİN  



Xəbər lenti