"Minsk Ukrayna ilə sərhəddə xüsusi təyinatlıları rotasiya edir"- Ukrayna Ordusu

   "Minsk Ukrayna ilə sərhəddə xüsusi təyinatlıları rotasiya edir"-    Ukrayna Ordusu
  03 İyun 2022    Oxunub:1519
Belarus Ukrayna ilə sərhəd ərazilərdə xüsusi təyinatlıları rotasiya edir. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Belarus Rusiyanın tərəfində müharibəyə girəcəkmi? – TƏHLİL
"Volın və Polesye ərazilərində Belarus Respublikası silahlı qüvvələrinin əsas səyləri dövlət sərhədinin mühafizəsinin gücləndirilməsinə yönəlib. Eyni zamanda Ukrayna ilə sərhədyanı ərazilərdə xüsusi təyinatlıların rotasiyası reallaşdırılır". - məlumatda deyilir.

Baş Qərargahın məlumatında o da qeyd edilib ki, Belarus ərazisindən raket zərbələri təhlükəsi hələ də qalmaqdadır.

Xatırladaq ki, ötən gün Belarusun Ukrayna ilə sərhəd rayonlarında meşə yollarının, cığırların və körpülərdə minalanma işləri aparıldığı bildirilmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Belarus  



Xəbər lenti