Rusiyaya qarşı altıncı sanksiyalar paketi təsdiqləndi - SİYAHI

   Rusiyaya qarşı altıncı sanksiyalar paketi təsdiqləndi -    SİYAHI
  03 İyun 2022    Oxunub:1048
Avropa İttifaqı Şurası nəhayət, Rusiya Federasiyasına qarşı sanksiyaların altıncı sanksiyalar paketini qəbul edib.
Bu barədə Aİ Şurasının dərc olunmuş qərarında deyilir. Qərara əsasən Aİ ölkələri 6 ay ərzində Rusiyadan neft idxalından, 8 ay ərzində isə neft məhsullarının idxalından imtina edəcək. Bundan əlavə, Bolqarıstan və Xorvatiya Rusiyadan xam neftin dəniz idxalı ilə bağlı müvəqqəti istisnalar əldə edəcəklər. Sanksiyalar bu gün Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Yeni sanksiyalar paketinə aşağıdakılar daxildir:

1. Öz ərazisində “Rossiya-24”, “RTR-Planeta”, “TV-Center” telekanallarının yayımının dayandırılması
2. “Sberbank”, “Rosselxozbank”, “MKB” və “Belarus İnkişaf və Yenidənqurma Bankı”nın SWIFT-dən ayrılması
3. Konsaltinq, audit və PR xidmətlərinə qadağa
4. Rusiya neftinin tədarükünə qismən embarqonun tətbiqi
5. Bolqarıstan və Xorvatiya üçün Rusiyadan neft və neft məhsullarının dəniz tədarükünə qoyulan qadağadan müvəqqəti azadolmalar


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya    



Xəbər lenti