Lavrov Çavuşoğlu ilə Qarabağı müzakirə edəcək

   Lavrov Çavuşoğlu ilə Qarabağı müzakirə edəcək
  03 İyun 2022    Oxunub:828
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 7-də Serbiyanın paytaxtı Belqrada səfər edəcək.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Sergey Lavrov Rusiyanın Serbiyadakı səfirliyinin təşkil edəcəyi “Rusiya günləri” tədbiri çərçivəsində Belqrada gedəcək.

XİN rəsmisi bildirib ki, nazir bir gün sonra Türkiyəyə səfər edəcək. Səfər zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək. Görüşdə Ukrayna hadisələri, Qərbin Rusiyaya qarşı sanksiyaları, Suriya, Liviya, Qarabağ nizamlanması kimi aktual mövzuların müzakirə olunması gözlənilir.


AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti