Rusiya Ukraynanı vurmaq üçün bu hiylədən istifadə edir

   Rusiya Ukraynanı vurmaq üçün  bu hiylədən istifadə edir
  03 İyun 2022    Oxunub:1209
Rusiyanın nəzarətinə keçən Sevastopolda rus gəmiləri mülki gəmilərin arxasında gizlənərək Ukrayna ərazisinə raketlər atırlar. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Qeyd olunur ki, Sevastopolda Rusiyanın Qara Dəniz Donanmasının rəhbərliyi 2014-cü ildən məlum olan, lakin hazırda dənizdə olan məkrli “Rusiya taktikasını” tətbiq etməyə başlayıb.

"Xüsusilə, işğalçılar AIS identifikasiya sistemləri söndürülmüş ticarət donanmasının gəmilərini Sevastopol yaxınlığına gətirirlər ki, onların mülki gəmi kimi tanınması mümkünsüz olsun.

İşğalçılar öz döyüş gəmilərini onların arxalarında gizlədərək dinc Ukrayna şəhərlərini dağıtmağa və “Kalibr” tipli qanadlı raketlərlə vətəndaşlarımızı öldürməyə davam edirlər”, - deyə məlumatda bildirilir.

"Pivden" əməliyyat komandanlığının məlumatına görə, Rusiyanın 2 raket və 5 iri desant gəmisi Qara dənizdə naviqasiyanı əngəlləməkdə davam edir. Raket zərbələri və amfibiya enişləri təhlükəsi qalmaqdadır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti