BMT-dən xəbərdarlıq: Ac insanların sayı artacaq

      BMT-dən xəbərdarlıq:    Ac insanların sayı artacaq
  03 İyun 2022    Oxunub:791
Ukraynada hərbi əməliyyatlar davam edərsə, ümumilikdə 323 milyon insan aclıq astanasında qala bilər.
AzVision.az xəbər verir ki, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) rəhbəri Devid Bisli deyib.

“Biz görünməmiş qlobal ərzaq təhlükəsizliyi çağırışları ilə üz-üzəyik. Təkcə son bir ildə münaqişələr, iqlim böhranı, COVID və bahalaşma 276 milyon insanı aclıq həddinə çatdırıb. Əgər Ukraynada müharibə tezliklə bitməsə, bu say 323 milyona yüksələcək” - deyə, o bildirib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: BMT  



Xəbər lenti