Qod Nisanov Yəhudi Konqresindəki vəzifəsindən kənarlaşdırıldı

  Qod Nisanov Yəhudi Konqresindəki  vəzifəsindən kənarlaşdırıldı
  03 İyun 2022    Oxunub:1214
Azərbaycan əsilli iş adamı Qod Nisanov Ümumdünya Yəhudi Konqresininin vitse-prezidenti vəzifəsindən kənarlaşdırılıb.
Təşkilatın yaydığı məlumata görə, Qod Nisanov bu gündən etibarən təşkilatın İcraiyyə Komitəsində öz fəaliyyətini dayandırır. Bildirilir ki, Ukraynadakı münaqişə ilə əlaqədar olaraq ABŞ, Böyük Britaniya və yaxud Avropa İttifaqının sanksiya siyahısına daxil edilən heç bir şəxs təşkilatda hər hansı vəzifə tuta bilməz və hansısa rol oynaya bilməz.

Xatırladaq ki, iyunun 2-si ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinə yaxın rus elitasına, onların yaxta və təyyarələrinə qarşı yeni sanksiyalar elan edib. Sanksiya tətbiq edilən şəxlər arasında Qod Nisanov da var.

AzVision.az



Teqlər: Qod-Nisanov  



Xəbər lenti