PA-da REAL Partiyasının sədri ilə görüş keçirilib
Prezident İlham Əliyevin “Dövlət təşəbbüslərinin davamlılığı, çoxpartiyalı sistemin formalaşması, islahatçı kursa sadiqlik, ölkədə siyasi fəaliyyət üçün münbit şəraitin dəstəklənməsi, demokratik ənənələrin inkişafı və s. sadaladığım strateji prioritetlərin icrası prosesində siyasi partiya və vətəndaş cəmiyyəti institutları fəal mövqe tutmalıdır” tezisini xatırladan şöbə müdiri bu fikirlərin siyasi partiyalara və vətəndaş cəmiyyəti institutlarına çağırış olduğunu, xüsusən Milli Məclisdə təmsil olunan partiyaların bu çağırışa daha yaxından qoşulmasının əhəmiyyətini qeyd edib.
İqtidar-müxalifət dialoqu çərçivəsində görüşə dəvət edildiyi üçün təşəkkürünü bildirən REAL Partiyasının sədri İlqar Məmmədov yeni siyasi konfiqurasiyanın inkişafı istiqamətində atılan uğurlu addımlarla bağlı fikirlərini bölüşüb. Azərbaycanda aparılan uğurlu siyasi islahatlar nəticəsində siyasi partiyaların fəaliyyətinin genişləndiyini bildirən partiya sədri bu gün ölkəmizdə yaradılan və inkişaf etdirilən yeni siyasi konfiqurasiyanın gələcəkdə dayanıqlı siyasi sistemin formalaşmasına şərait yaradacağını bildirib.
Sonda tərəflər ölkəmizdə iqtidar-müxalifət dialoqunun inkişaf perspektivlərini, Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar, partiyaların beynəlxalq əlaqələrinin gücləndirilməsi, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi, Qarabağda bərpa-quruculuq işləri və başqa məsələlər haqqında müzakirələr aparıblar.
AzVision.az
Teqlər: Real







Vaxtında, Aydın, Lazımlı!


