Azərbaycan və İran arasında memorandum imzalandı

   Azərbaycan və İran arasında    memorandum imzalandı
  03 İyun 2022    Oxunub:1816
Azərbaycan və İran arasında təbii qaz sahəsində əməkdaşlıqla bağlı memorandum imzalanıb.
AzVision.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"İran İslam Respublikasının neft naziri Cavad Övci ilə ölkələrimiz arasında iqtisadi münasibətlərin cari vəziyyəti və inkişafı barədə danışdıq. İranın Neft Nazirliyi ilə imzaladığımız memorandum ölkələrimiz arasında təbii qaz sahəsində əməkdaşlığın genişlənməsinə fayda verəcək", - deyə nazir qeyd edib.





AzVision.az


Teqlər:



Xəbər lenti