İrəvanda etirazçılar polisə hücum etdi, 38 nəfər yaralandı -VİDEO+YENİLƏNİB
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Yaralananlar arasında polis əməkdaşlarının da olduğu qeyd edilib.
İrəvanda polislə etirazçılar arasında toqquşma olub
AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, aksiya iştirakçıları təhlükəsizlik qüvvələrinə hücum edib. Məlumata əsasən, xüsusi təyinatlılar Paşinyanın iqamətgahı yaxınlığındakı etirazçılara qarşı səs-küylü qumbaraatanlardan istifadə edib. Toqquşmada 20-yə yaxın insanın xəsarət aldığı deyilir. Onların arasında polis əməkdaşları da var.
Aksiya zamanı müxalifətdən olan deputatlar hökumət binasına doğru yürüş edib və bütün girişləri mühasirəyə alıblar. Bu zaman polislə etirazçılar arasında toqquşma baş verib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


