AŞPA sədri Rusiyanı müharibəni dərhal dayandırmağa çağırıb

   AŞPA sədri Rusiyanı müharibəni dərhal dayandırmağa çağırıb
  03 İyun 2022    Oxunub:904
AŞPA sədri Tini Koks Rusiyanı Ukrayna xalqına, dövlətinə və beynəlxalq hüquqa qarşı hər gün yeni cinayətlər törədən müharibəni dərhal dayandırmağa çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə AŞPA sədrinin Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin 100 günü ilə bağlı bəyanatında deyilir.

“Bu gün mən bir daha Rusiya hakimiyyətini – prezidenti, hökuməti, parlamentini və Rusiyanın bütün vətəndaşlarını üzv dövlətimiz olan Ukraynaya qarşı bu işğalçı müharibəni dərhal dayandırmağa çağırıram. Heç vaxt başlamamalı olan bu müharibəni davam etdirmək üçün heç bir səbəb yoxdur”, - Koks vurğulayıb.

O əlavə edib ki, günahsız mülki şəxslərə qarşı dəhşətli müharibə cinayətləri törədilib. Milyonlarla insan evlərini, hətta ölkəni tərk etmək məcburiyyətində qalıb. Fəlakətin miqyası çox böyükdür.

AŞPA sədri xatırladıb ki, beynəlxalq hüququn kobud şəkildə pozulması ilə Rusiya Avropa Şurasının qırmızı xəttini keçib. Bütün Rusiya vətəndaşları Rusiya hakimiyyəti tərəfindən hüquqlarına hörmət edilmədiyinə inandıqları zaman Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək üçün fundamental hüquqlarını itiriblər. Müharibənin hər günü çox uzundur. Sülhü bərpa edin, ədalət olsun”.

AzVision.az



Teqlər:



Xəbər lenti