“RİA Novosti” Azərbaycanda bloklandı – Səbəb

   “RİA Novosti” Azərbaycanda bloklandı –    Səbəb
  03 İyun 2022    Oxunub:2319
Azərbaycan ərazisində Rusiyanın “RİA Novosti” İnformasiya Agentliyinin saytına giriş məhdudlaşdırılıb. AzVision.az “Caliber”ə istinadla xəbər verir ki, buna səbəb agentliyin Qarabağdakı separatçı qurumun “dövlət naziri” Artak Beqleryanla geniş müsahibə dərc etməsidir.


Qeyd edək ki, həmin müsahibə Azərbaycan cəmiyyətində geniş mənfi əks-səda doğurub. Rəsmi Bakı bu təxribatçı müsahibəni Azərbaycanla Rusiya arasında imzalanmış Müttəfiqlik Bəyanatının kobud şəkildə pozulması kimi qiymətləndirib.

Samir




Teqlər: RİA  



Xəbər lenti