Zelenski ABŞ merlərinə çağırış edib

Zelenski ABŞ merlərinə çağırış edib
  04 İyun 2022    Oxunub:1505
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ merlərinə çağırış edib. O, Rusiyanın qardaşlaşmış şəhərləri ilə əlaqələri kəsməyə çağırıb.
“The New York Times” qəzetinin yaydığı məlumata görə Zelenski bu barədə ABŞ Merlərin Konfransı zamanı videomüraciətində fikir bildirib.

- Bu əlaqələr sizə nə verir? Yəqin ki, heç nə. Ancaq bu əlaqələr Rusiyaya onun təcrid olunmadığını deməyə imkan verir, - prezident deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Mer  



Xəbər lenti