|
| "Revanşistlər parlamentdə təxribat yarada bilmədilər" - Hovannisyan |
- Saat 08:30-a olan məlumata görə, 50 zərərçəkmişə lazımi tibbi yardım göstərilib və onlar evə buraxılıblar, - məlumatda deyilir.
Qeyd edək ki, dünənki aksiyanın gərgin keçməsinə səbəb hakim komandanın müxalifət deputatların parlamentdə Qarabağ məsələsini müzakirəyə çıxarmasını boykot etməsi oldu. Apreldən başlayan vətəndaş itaətsizliyi aksiyaları zamanı ilk dəfə olaraq polis dünən aksiyanı dağıtmaq üçün səs-işıq qumbaralarından istifadə edib.
Xatırladaq ki, müxalifət aprelin 25-dən başlayaraq baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiya və yürüşlərində Azərbaycan əraziləri ilə bağlı təxribatçı çağırışlar da edirlər.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


