44 günlük müharibənin təcrübəsi Hindistanda müzakirə olunur
Bu barədə “The Week” jurnalında Rusiya-Ukrayna müharibəsindən Hindistanın öyrənə biləcəyi dərslərə həsr olunmuş məqalədə bildirilir.
“Rusiya tankları “Javelin” tipli tank əleyhinə idarəolunan raketlər və ya Türkiyənin “Bayraktar TB2” pilotsuz təyyarələri ilə ağır zərbələrə məruz qalıb. Bu da PUA-ların rolunu yenidən gündəmə gətirib”, - deyə məqalədə bildirilir.
Həmçinin qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə dronların unikal istifadəsini dünyaya nümayiş etdirib.
“Azərbaycan tərəfi erməni tanklarına, artilleriyasına və hərbi texnikasına qarşı PUA-lardan istifadə etdi. Bu, kiçik və nisbətən ucuz dronların münaqişələrin miqyasını necə dəyişə biləcəyini sübut etdi”, - deyə nəşrdə vurğulanıb.
AzVision.az
Teqlər: Müharibə







Vaxtında, Aydın, Lazımlı!


