"Avropanın Azərbaycandan təbii qaz tələbi artıb" - Nazir müavini
Nazir müavini Azərbaycanın təbii qaz və neftinin ixracında Türkiyənin önəmini vurğulayıb. O bildirib ki, Türkiyə olmadan Azərbaycanın enerji sektorunda bu qədər ciddi addımlar atması imkansız idi:
"Biz bunu hər zaman dəyərləndiririk. Eyni zamanda yaxşı gündə, pis gündə hər zaman birlikdəyik. Bunun nəticələrini də bərabər müşahidə edirik. Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə infrastruktur qurulub və neft almaq istəyənlər, buna ehtiyacı olanlar var".
E.Soltanov qeyd edib ki, Qarabağ zəfərindən sonra Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanda istehsal ediləcək yaşıl enerji Türkiyə vasitəsilə Avropaya ixrac ediləcək:
"Zəngəzur dəhlizi yalnız avtomobil yollarından, dəmir yollarından və yüksək gərginlikli elektrik xətlərindən ibarət olacaq. Biz Naxçıvanı yüksək gərginlikə birləşdirərək, Zəngəzur vasitəsilə Türkiyədən Avropaya yaşıl elektrik enerjisi ixrac etmək imkanı qazanacağıq".
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


