Londonun tarixi bazarı satışa çıxarılıb

   Londonun tarixi bazarı satışa çıxarılıb
  04 İyun 2022    Oxunub:1654
Londonun tarixi bazarı “Camden Market” satışa çıxarılıb.
Tarixi “Camden Market”in sahibi israilli milyarder Teddi Saqi bazarı satışa çıxarıb. Bazarın təxminən 1,5 milyard funt-sterlinqə alıcı tapacağı gözlənilir. Təxminən 65 min kvadratmetr sahəsi olan bazarda mindən çox mağaza, bar və kafe var. “Camden Market” Londonun ən turistik məkanlarından biridir.

İldə 28 milyon insanın ziyarət etdiyi bazarın satış baxımından çətin olacağı gözlənilir. Saqi “Camden Market”i 2014-cü ildə satın aldıqdan sonra bazardakı bir çox müstəqil mağazalar bağlanaraq, yerini tanınmış brendlərə verib.

Teddy Saqi “Camden Market”i 2019-cu ildə satışa çıxarıb, lakin satış koronavirus səbəbindən dayandırılıb.

AzVision.az



Teqlər: London  



Xəbər lenti