Litvinenkonun qatili koronavirusdan öldü

   Litvinenkonun qatili    koronavirusdan öldü
  04 İyun 2022    Oxunub:1437
Londonda zəhərlənərək öldürülən keçmiş "KQB" və Rusiya Federal Təhlükəsizlik Xidmətinin(FTX) zabiti olmuş Aleksandr Litvinenkonun qatili Dmitri Kovtun vəfat edib. Kovtun Londonda "Litvinenko işi" iş üzrə təqsirləndirilən əsas şəxslərdən sayılırdı.
O, 57 yaşında Moskva xəstəxanalarından birində koronavirusdan ölüb.

Xatırladaq ki, Böyük Britaniyada siyasi sığınacaq almış keçmiş FTX zabiti Aleksandr Litvinenko 2006-cı ilin noyabrında Londonda vəfat edib. Britaniya hüquq-mühafizə orqanlarının məlumatına görə, Litvinenko keçmiş kəşfiyyatçı Andrey Luqovoy və biznesmen Dmitri Kovtunla görüş zamanı çayına atılmış polonium-210 radioaktiv maddə ilə zəhərlənib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Koronavirus   Qatil   Litvinenko  



Xəbər lenti