İran vasitəsilə Türkmənistandan idxal edilən qazın həcmi açıqlandı

   İran vasitəsilə Türkmənistandan idxal edilən qazın həcmi açıqlandı
  04 İyun 2022    Oxunub:1826
2022-ci ilin əvvəlindən Azərbaycan İran ərazisindən 1,5 milyard kubmetr Türkmənistan qazı idxal edib.
AzVision.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, iranlı nazirin Azərbaycana səfəri zamanı müvafiq razılaşmalar əldə olunmuşdu.

"İran bundan sonra da bu əməkdaşlıqda iştirak edəcək", - nazir deyib.

AzVision.az


Teqlər:



Xəbər lenti