"The Sun"dan şok iddia: "Hərbi elita Putini aradan götürə bilər"

      "The Sun"dan şok iddia:    "Hərbi elita Putini aradan götürə bilər"
  04 İyun 2022    Oxunub:3497
Rusiya hərbçiləri dövlət çevrilişi ilə prezident Vladimir Putini öldürə bilərlər. AzVision.az xəbər verir ki, bu barədə “The Sun” London Kral Kollecinin münaqişələrin öyrənilməsi üzrə eksperti Robert Trontona istinadən yazıb. Ekspert deyir ki, rus generalları belə hesab edirlər ki, Vladimir Putin Ukraynaya qarşı davranışlarını yumşaldıb. Xüsusən də qoşunların Kiyevdən çıxarıb Donbasda cəmləməsi buna misaldır.
Putinin keçmiş dostu: "O xərçəngdən əziyyət çəkir"
Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi prezidenti aradan götürmək imkanına malikdirlər. Əgər onlar Rusiya Silahlı Qüvvələrinin Donetsk və Luqansk vilayətlərində mövqelərini itirdiyini görsələr, belə tədbirlər görə bilərlər...

Hətta iddiaya görə Vladimir Putinə ultimatum da verilə bilər: "Ya istefa ver, ya da öl!" Britaniyalı mütəxəssis onu da vurğulayıb ki, Rusiya xalqını Vladimir Putinin təsadüfən ölümünə inandırmaq asandır. Çünki hakimiyyət 1970-ci illərdə SSRİ-nin baş katibi Leonid Brejnev və digər kommunist liderləri belə maxinasiya ilə devirməyə nail olub.

"Onlar bunu edəcək qədər ağıllıdırlar. Əgər saray çevrilişi etmək istəyirsənsə, onu səssizcə reallaşdırmalı və bunu gizli saxlamalısan. Son bir neçə həftədə onlar kifayət qədər çox güc toplamağı bacardılar. Daha sonra televiziyada insanları məcbur edərlər ki, Putinin xəstə olmasını desinlər. Bax onda yeni lider meydana çıxacaq. Kimsə deyəcək ki, “Zavallı Putin xüsusi hərbi əməliyyatının bütün gərginliyi ilə infarkt keçirdi",- Robert Tronton vəziyyətlə bağlı fikirlərini bölüşüb.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Rusiya   Putin   Ukrayna  



Xəbər lenti