Azərbaycanda vəzifəli şəxs saxlanıldı

   Azərbaycanda vəzifəli şəxs saxlanıldı
  04 İyun 2022    Oxunub:954
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.
Əməliyyat nəticəsində Şəmkir Regional Mədəniyyət İdarəsinin müdiri Azər Rəcəbov saxlanılıb. O, korrupsiya cinayətlərində şübhəli bilinir. A.Rəcəbovla yanaşı daha bir neçə vəzifəli şəxsin də saxlandığı bildirilir.

Baş Prokuorluğun Mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək. Qeyd edək ki, A.Rəcəbov ötən ilin dekabrından Şəmkir Regional Mədəniyyət İdarəsinin müdiri vəzifəsində çalışır.

AzVision.az



Teqlər:



Xəbər lenti