İran Yəməndə atəşkəsi dəstəkləyir

İran Yəməndə atəşkəsi dəstəkləyir
  04 İyun 2022    Oxunub:1658
İran Yəməndə aprelin 2-də başlayan atəşkəsin daha 2 ay uzadılmasını alqışlayır.
AzVision.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

"İran bu addımlar fonunda mühasirənin tamamilə götürülməsini, daimi atəşkəsin bərqərar edilməsini və siyasi həll yolunu görməyə ümid edir", - Xətibzadə bildirib.

O vurğulayıb ki, İran Yəmən böhranı üçün siyasi həll variantını həmişə yeganə həll yolu kimi qəbul edib.

AzVision.az



Teqlər: İran   Yəmən  



Xəbər lenti