Avropa Birliyi (AB) özünü buraxmalı,yenidən təşkil olunmalıdır

Avropa Birliyi (AB) özünü buraxmalı,yenidən təşkil olunmalıdır
  04 İyun 2022    Oxunub:1545
Avropa Birliyi (AB) özünü ləğv etməli, Polşa və Macarıstan olmadan öz nüvəsində Fransa və Almaniya ilə yeni bir ittifaq yaratmalıdır.
AzVision.az xəbər verir ki, bunu Nobel Sülh Mükafatı laureatı, Polşanın keçmiş prezidenti Lex Valesa deyib.

Valesa bu məsələ ilə bağlı fikrinə məhəl qoyulmamasından təəssüfləndiyini bildirib:

"Və bu sadə bir fikirdir: əgər biz yeni birliyə qoşulmaq istəsək, girişdə hüquqlardan əlavə, öhdəlikləri də qəbul etməli olardıq. Və onları elə təyin etməliyik ki, bu gün baş verən hiylələr bir daha təkrarlanmasın”.

Valesanın fikrincə, Avropa Komissiyasının Polşanın bərpası ilə bağlı milli planı təsdiqləməsi səhv olardı:

“Axı bu pul yenə də havaya sovrulacaq, oğurlanacaq. Qanunun aliliyi olmadan milyardlarla avronu israf etməyin mənası yoxdur”.

AzVision.az



Teqlər: Valensa   AB  



Xəbər lenti