Ruslar almanları məhkəməyə verəcək

Ruslar almanları məhkəməyə verəcək
  04 İyun 2022    Oxunub:1822
Spektr-RG sistemindəki alman teleskopun Rusiya teleskopu ilə birlikdə yenidən fəaliyyətə başlamasını əmr etdim.
AzVision.az xəbər verir ki, bunu “Roskosmos”un baş direktoru Dmitri Roqozin deyib.

"Siyasi səbəblərdən alman teleskopunu bağlamaq qərarına gələnlərin buna haqqı yox idi. Almanların səhvini düzəldəcəyik və Spektr-RG rəsədxanamızda teleskoplarını açacağıq", - Roqozin bildirib.

O, həmçinin almanların qəbul etdiyi qərardan sonra zərər gördüklərini, onları məhkəməyə verəcəklərini də əlavə edib.

AzVision.az



Teqlər: Roqozin   Almaniya  



Xəbər lenti